6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib

Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.

Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib. Yeni tarif modelində xidmət haqqının vaxtdan asılı olmayaraq əməliyyat məbləğinin həcminə əsaslanan intervallar üzrə sabit məbləğlərlə tətbiq olunması nəzərdə tutulub.

Bundan əlavə, innovativ ödəniş xidmətlərinə əlçatanlığın artırılması məqsədilə 24/7 rejimində hesablaşmaların real vaxtda icrasını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) üzrə xidmət haqları digər sistemlərlə müqayisədə daha aşağı müəyyən olunub. Ödənişlərin AÖS vasitəsilə icrası istifadəçilərə sadə identifikatorlar ilə bank hesabları üzərindən köçürmələrin aparılmasına, habelə vəsaitlərin dərhal bank hesabına qəbulu ilə likvidliyin yüksəldilməsinə imkan yaradır.

Tarif siyasətinin təkmilləşdirilməsi çərçivəsində Banklararası Kart Mərkəzi (BKM) üzrə xidmət haqlarına da dəyişikliklər edilib, kartdan köçürmə əməliyyatlarının emalı üzrə tariflər müəyyən olunub.

Mövcud bazar şəraiti nəzərə alınmaqla hazırlanmış yeni tarif siyasəti ödəniş sistemlərində innovativ həllərin inkişafını dəstəkləməklə yanaşı, ödəniş xidməti istifadəçilərindən tutulan xidmət haqlarının optimallaşdırılmasına xidmət edir.

Qeyd edək ki, yeni xidmət haqları 2027-ci il aprelin 1-dən qüvvəyə minir.

Sistemlər üzrə yeni tariflərlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://uploads.cbar.az/assets/5fb0145f81f2bd5e01c0861fe.pdf

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması