6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Cari ilin doqquz ayında ÜDM-in 70,3 faizi qeyri-neft-qaz sektorunda yaradılıb

Cari ilin doqquz ayında ÜDM-in 70,3 faizi qeyri-neft-qaz sektorunda yaradılıb

Cari ilin doqquz ayında ümumi daxili məhsulun (ÜDM) 70,3 faizi qeyri-neft-qaz sektorunda yaradılıb. 2021–2025-ci illərdə bu sektorda orta illik real artım təxminən 6 faiz təşkil edib. Yanvar–sentyabr aylarında əsas kapitala yönəldilmiş 14,7 milyard manat investisiyanın 9,8 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb.

Bu sözləri iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışında deyib.

Elnur Əliyev vurğulayıb ki, son dövrdə sahibkarlığa dəstək istiqamətində qəbul olunmuş qərarlar məhz müəssisələrin konkret xərclərinin və risklərinin azaldılmasına yönəlib:

“İxracda daşınma xərclərinin yüksək olması, xüsusilə kiçik və orta müəssisələrin xarici bazarlara çıxışını çətinləşdirir. Yeni dəstək mexanizmləri çərçivəsində qeyri-neft-qaz məhsullarının ixracında daşınma xərclərinin 70 faizədək hissəsinin qarşılanması, kiçik və orta ixracatçılara gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsinin kompensasiya edilməsi nəzərdə tutulur. Naxçıvanda istehsal olunan malların ölkənin digər ərazilərinə daşınması xərclərinin də 70 faizi ödənilir”.

Nazirin birinci müavini qeyd edib ki, regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması üçün Bakı və Abşerondan kənarda kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması mexanizmi tətbiq olunur. Kreditin əsas məbləğinə işğaldan azad edilmiş ərazilərdə 90 faizədək, digər regionlarda isə 50 faizədək dövlət zəmanətinin verilməsi nəzərdə tutulur.

2027-ci ildən sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi də ilkin investisiya yükünün azaldılmasına xidmət edəcək:

“Bütün bu alətlər sahibkarın layihəyə başlaması və fəaliyyətini genişləndirməsi üçün əhəmiyyətlidir. Onların praktik nəticəsi isə tətbiq şərtlərinin aydınlığından, müraciətlərə baxılmasının operativliyindən və uyğun meyarlara cavab verən sahibkarların həmin imkanlardan yararlana bilməsindən asılı olacaq”.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması