6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İlin ilk 9 ayında “yaşıl enerji” istehsalı 4,2 milyard kVt·st təşkil edib

İlin ilk 9 ayında “yaşıl enerji” istehsalı 4,2 milyard kVt·st təşkil edib

2026-cı ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 21 190,9 mln. kVt·st olub.

Energetika Nazirliyindən verilən məlumata görə, bu dövrdə İES-lərdə 16 960 mln. kVt·st, SES-lərdə 2 767,1 mln. kVt·st, digər mənbələr üzrə isə 1 463,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 768,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 501,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 mln. kVt·st, külək elektrik stansiyalarında 698,4 mln. kVt·st, BMTYZ üzrə isə 10,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 mln. kVt·st artımla 4 230,9 mln. kVt·st təşkil edib.

Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 18 233,4 mln. kVt·st (İES-lərdə 15 434,8 mln. kVt·st, SES-lərdə 2 753,1 mln. kVt·st, GES-lərdə 45,5 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə isə 2 957,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 mln. kVt·st, idxalı isə 170,6 mln. kVt·st olub.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması