6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Bank sektorunda kredit risklərinin daha effektiv idarə olunması, borcalanların ödəmə qabiliyyətinin etibarlı qiymətləndirilməsi və prudensial tələblərin mövcud risklərə uyğunlaşdırılması məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda, “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər təsdiq edilib.

AMB-nin məlumatına görə, dəyişikliklər kredit risklərinin qiymətləndirilməsi və idarə olunması çərçivəsinin təkmilləşdirilməsinə, kreditləşmə prosesində tətbiq olunan yanaşmaların risk səviyyəsi ilə daha sıx uzlaşdırılmasına yönəlib. Bu çərçivədə davranış modelləri əsasında kreditləşmə üzrə tələblər və həmin kreditlər üzrə ehtiyatlandırma yanaşmaları təkmilləşdirilib. Məqsəd borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsi, risklərin adekvat nəzərə alınması və prudensial tələblərin mütənasibliyinin artırılmasıdır. Eyni zamanda, bu yanaşma risklərin effektiv idarə olunmasını təmin etməklə bankların kreditləşmə imkanlarının dəstəklənməsinə xidmət edir.

Digər dəyişikliklər aktivlərin təsnifləşdirilməsi zamanı risklərin daha dolğun nəzərə alınmasına, eləcə də nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslərin kredit öhdəlikləri üzrə məlumatların qiymətləndirilməsi yanaşmalarının təkmilləşdirilməsinə yönəlib. Bununla yanaşı, istehlak kreditləşməsində zaminlik mexanizminə dair tələblərdə risklərin daha effektiv idarə olunması, borc öhdəliklərinin dayanıqlılığının qorunması və kredit təminatının etibarlılığının artırılması prinsipləri əsasında təkmilləşdirilib.

Qəbul edilmiş dəyişikliklər borcalanların ödəmə qabiliyyətinin daha etibarlı məlumatlar əsasında qiymətləndirilməsinə, davranış modellərindən irəli gələn risklərin daha səmərəli idarə olunmasına və bank sektorunda dayanıqlı kreditləşmə mühitinin dəstəklənməsinə yönəlib .

Dəyişikliklər 9 noyabr 2026-cı il tarixindən qüvvəyə minəcək.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması