6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılması müzakirə edilib

Enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz və fasiləsiz çatdırılması müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən 17-ci Beynəlxalq Enerji Forumu (IEF17) və 25-ci WPC Enerji Konqresi çərçivəsində təşkil olunan OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında iştirak edib.

Nazirlikdən verilən məlumata görə, iclasda OPEC Katibliyinin “Xam neftin daşınması və sığortalanması xərclərinin artması” mövzusunda təqdimatı dinlənilib, mövcud şəraitin qlobal neft bazarına təsirləri müzakirə olunub. Pərviz Şahbazov çıxışında bildirib ki, neft bazarının sabitliyi üçün tələb və təklif balansı ilə yanaşı, enerji resurslarının beynəlxalq bazarlara təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə çatdırılması da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, bazar şəraitinin qiymətləndirilməsində nəqliyyat marşrutlarının təhlükəsizliyi, fraxt tarifləri və sığorta xərclərinin nəzərə alınması vacibdir. Nazir Azərbaycanın OPEC+ çərçivəsində hər zaman etibarlı tərəfdaş olduğunu bildirərək, ölkəmizin bundan sonra da birgə səylərə dəstəyini davam etdirəcəyini qeyd edib. İclasda nazirlər OPEC+ çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi, bazardakı vəziyyətin izlənilməsi, həmçinin hökumətlər və sənaye nümayəndələri ilə müzakirələrin aparılması barədə razılığa gəliblər.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması