6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan–Kamboca Biznes Forumu keçirilib

Azərbaycan–Kamboca Biznes Forumu keçirilib YENİLƏNİB

“Kamboca Krallığının Baş naziri Samdeç Moha Borvor Thipadei Hun Manetin iştirakı ilə keçirilən Azərbaycan–Kamboca Biznes Forumunda ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etdik.

Sənaye, kənd təsərrüfatı, enerji, turizm, maliyyə və informasiya texnologiyaları sahələrini təmsil edən işgüzar dairələrlə yeni tərəfdaşlıq perspektivlərini dəyərləndirdik. Ölkələrimizin biznes və investisiya imkanlarına dair təqdimatlar və B2B görüşlər yeni biznes əlaqələrinin qurulması və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün faydalı platforma oldu.

Forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə edildi”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

-----

16:30

Biznes-forum İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, maliyyə, turizm, səhiyyə, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması