6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Yanvar-avqust aylarında Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Yanvar-avqust aylarında Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Azərbaycan və Çexiya Respublikası arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm çərçivə yaradılıb. İki ölkə arasında ikitərəfli ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb, cari ilin yanvar-avqust aylarında isə təqribən 760 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan tərəfindən nümayəndə Yusif Abdullayev Azərbaycan-Çexiya biznes forumunda deyib.

Y.Abdullayev qeyd edib ki, xam neft Azərbaycanın Çexiya bazarına əsas ixrac məhsulu olaraq qalır və bu ilin 8 ayında neft ixracının dəyəri 700 milyon dollardan çox olub. Çexiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında 8-ci, əsas ixrac istiqamətləri arasında isə 5-ci yerdə qərarlaşıb. Gübrələr, metanol, alüminium, eləcə də bəzi meyvə və tərəvəzlər Çexiya bazarına ixrac potensialı yüksək olan məhsullar sırasındadır.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması