6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AIIB ilə Azərbaycanda yaşıl enerji layihələri üzrə qrant sazişləri imzalanıb

AIIB ilə Azərbaycanda yaşıl enerji layihələri üzrə qrant sazişləri imzalanıb

Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüşdə Bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.

Qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması