6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Holberton School Azerbaijan”ın birgə təşkilatçılığı ilə “AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır.

Mərkəzin məlumatına görə, proqramın məqsədi istifadəçilərin süni intellekt alətlərindən proqram mühəndisliyində praktiki istifadə bacarıqlarının inkişaf etdirilməsi, layihə əsaslı öyrənmə imkanlarının genişləndirilməsi və onların əmək bazarında rəqabət qabiliyyətinin artırılmasıdır.

14 günlük proqramda 30 nəfərin iştirakı nəzərdə tutulur. İştirakçılar 6 gün intensiv praktiki təlim keçəcək, növbəti 8 gün ərzində isə mentorların dəstəyi ilə komanda layihələri hazırlayacaqlar.

Proqrama bakalavriat pilləsinin son mərhələsində təhsil alan tələbələr, yeni məzunlar və hazırda karyera axtarışında olan şəxslər müraciət edə bilərlər. Namizədlərdən proqramlaşdırma, “backend” və “frontend” üzrə ilkin biliklər, “GitHub” profilinin olması və minimum B1-B2 səviyyəsində ingilis dili biliyi tələb olunur.

İştirakçılar açıq müsabiqə yolu ilə seçiləcək. Seçim zamanı namizədlərin texniki bacarıqları, “GitHub” profilləri, layihələri və motivasiyaları qiymətləndiriləcək.

Təlimlər əyani formatda “Holberton School Azerbaijan”da keçiriləcək. Proqrama qoşulmaq üçün 23 oktyabr 2026-cı il tarixinədək https://4siakademiyasi.az internet səhifəsi üzərindən müraciət etmək mümkündür.

Qeyd edək ki, ödənişsiz əsaslarla təşkil olunacaq proqram “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın qlobal İKT sənayesinin liderləri ilə təlim düşərgələrinin təşkilini nəzərdə tutan tədbirinin icrası çərçivəsində həyata keçirilir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması