6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər müzakirə olunub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı onlayn görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə nazir Kazım Hüseynəliyev, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüş zamanı Naxçıvan Sənaye Parkında müvafiq infrastrukturun qurulması istiqamətində görülən işlər, mövcud vəziyyət, həmçinin yerli və xarici investorların rezidentliklə bağlı müraciətləri və həmin müraciətlərə baxılması məsələləri müzakirə olunub.

İşlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsində və məlumat mübadiləsinin aparılmasında operativliyin artırılması məqsədilə müvafiq İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Naxçıvan Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli Fərmanı ilə yaradılıb və 11 avqust 2026-cı il tarixində dövlət başçısı tərəfindən sənaye parkının təməli qoyulub.

Sənaye parkının yaradılmasında əsas məqsəd Naxçıvanda sənaye məhsullarının istehsalının və ixracının genişləndirilməsi, investisiyaların cəlb edilməsi, müasir istehsal sahələrinin və yeni iş yerlərinin yaradılmasıdır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması