6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Daşınmaz əmlak sektoruna xarici investorların cəlb edilməsi müzakirə olunub

Daşınmaz əmlak sektoruna xarici investorların cəlb edilməsi müzakirə olunub

“PAŞA Holding” tərəfindən həyata keçirilən “Business Talks by PASHA Holding“ platforması çərçivəsində daşınmaz əmlak sektoruna xarici investorların cəlb edilməsi mövzusunda dəyirmi masa keçirilib.
“PAŞA Holding”in məlumatına görə, görüşdə aidiyyəti dövlət qurumları, eləcə də daşınmaz əmlak sektorunda fəaliyyət göstərən özəl biznes nümayəndələri iştirak ediblər.

Dəyirmi masa zamanı Azərbaycanın daşınmaz əmlak bazarının xarici kapitalın cəlb edilməsi baxımından potensialı, investisiya mühitinin daha da inkişaf etdirilməsi və sektorun ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə, həmçinin xarici investorların daşınmaz əmlak bazarına marağının artırılması, daşınmaz əmlak seqmentinin iqtisadi inkişafa potensial təsiri, eləcə də bu sahədə mövcud təcrübə və imkanların daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Vergi Xidməti, Azərbaycan Turizm Bürosu, Əmlak Məsələləri Dövlət Xidməti, “Sea Breeze”, “Sabah Investment Group”, “PAŞA Holding”, “PAŞA Real Estate”in nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Business Talks by PASHA Holding” müasir iqtisadi mühitdə formalaşan əsas tendensiyaların, çağırışların və strateji yanaşmaların dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə müzakirə olunduğu peşəkar dialoq platformasıdır. Platformanın əsas məqsədi tənzimləyici qurumlarla biznes ictimaiyyəti arasında açıq və konstruktiv fikir mübadiləsini təşviq etmək, qarşılıqlı anlaşmanı gücləndirmək və dayanıqlı iqtisadi inkişafı dəstəkləyən yanaşmaların formalaşmasına töhfə verməkdir.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması