6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Azərbaycan Respublikasının maliyyə idarəçiliyi “Chandler Governance Group” tərəfindən dərc olunan 2026-cı ilə dair “Chandler Yaxşı İdarəetmə İndeksi” (Chandler Good Government Index 2026 - CGGI 2026) hesabatında yüksək nəticə göstərib.

Ölkəmiz indeksin əsas qiymətləndirmə istiqamətlərindən olan “Maliyyə idarəçiliyi” (Financial Stewardship) üzrə 133 ölkə arasında Sinqapur və Norveçdən sonra 3-cü yeri tutub.

“Maliyyə idarəçiliyi” meyarı üzrə qiymətləndirmə “büdcə profisiti”, “dövlət xərclərinin səmərəliliyi” və “dövlət borcu” indikatorları üzrə aparılıb. Azərbaycan bu indikatorlar üzrə yüksək nəticələr göstərərək “büdcə profisiti” üzrə 1-ci, “dövlət xərclərinin səmərəliliyi” üzrə 16-cı, “dövlət borcu” üzrə isə 26-cı mövqedə yer alıb.

Təşkilatın dərc etdiyi hesabatda bildirilir ki, “maliyyə idarəçiliyi” meyarı üzrə yüksək nəticə göstərən ölkələrdə, o cümlədən Azərbaycanda səmərəli dövlət maliyyə idarəçiliyi, büdcə intizamı və fiskal şəffaflıq vətəndaşlar üçün daha yaxşı nəticələrin təmin edilməsi və iqtisadi inkişaf baxımından mühüm idarəetmə şərtləridir.

“Chandler Governance Group” mərkəzi Sinqapurda yerləşən və qlobal miqyasda dövlət sektorunun səmərəliliyini artırmağa xidmət edən beynəlxalq təşkilatdır. Hökumətlərə dövlət idarəçiliyinin gücləndirilməsi və praktik islahatların aparılması istiqamətində dəstək göstərən təşkilat 2021-ci ildən etibarən dünya ölkələrinin hökumət imkanlarını, effektivliyini və dövlət idarəçiliyi keyfiyyətini ölçən və qiymətləndirən nüfuzlu qlobal indeks yayımlayır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması