6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib

Dövlət satınalmalarının vahid internet portalında süni intellekt əsaslı yeni funksiya tətbiq edilib

Satınalma proseslərinin daha səmərəli təşkili məqsədilə Dövlət satınalmalarının vahid internet portalında (https://etender.gov.az/) yeni rəqəmsal həll tətbiq olunub.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, portalda elan olunan satınalmalar üzrə şərtlər toplusunun süni intellekt texnologiyaları vasitəsilə avtomatik təhlili və yoxlanılması imkanı yaradılıb.

Yeni həll ilkin mərhələdə şərtlər toplusundakı texniki xətaları, hüquqi uyğunsuzluqları və digər çatışmazlıqları müəyyən edərək preventiv tədbirlərin görülməsinə imkan yaradacaq. Bundan əlavə, sistem hər hansı təchizatçıya əsassız üstünlük yarada biləcək subyektiv və ya məhdudlaşdırıcı xarakterli tələblərin operativ şəkildə aşkarlanmasına, bununla da rəqabət mühitinin qorunmasına dəstək göstərəcək. Süni intellekt əsaslı həll həmçinin təchizatçılar tərəfindən irəli sürülə biləcək etiraz və şikayətlərin, eləcə də satınalma prosedurlarının ləğvi ilə bağlı risklərin azaldılmasına xidmət edəcək.

Süni intellekt vasitəsilə aparılan yoxlamaların nəticələri və həmin yoxlamalar əsasında formalaşdırılan hesabatlar satınalan təşkilatlar üçün tövsiyə xarakteri daşıyır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması