30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının 8-ci iclası keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, iclasda ticarət, enerji, rəqəmsal infrastruktur, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı diqqət mərkəzində olub. Vurğulanıb ki, 39 milyard ABŞ dollarından çox investisiya ilə Birləşmiş Krallıq ölkəmizin ən böyük xarici investorudur və bu ilin ilk yarısında ikitərəfli ticarət dövriyyəsi 5,5 dəfə artaraq 3,6 milyard dollara çatıb. Tərəflər "bp" şirkəti ilə birgə layihələri, gələn il istismara veriləcək 240 MVt gücündə "Şəfəq" Günəş Elektrik Stansiyasını, yaşıl enerji dəhlizlərini və Orta Dəhliz boyunca Böyük Britaniyanın İxrac Kredit Agentliyinin iştirakı imkanlarını müzakirə ediblər.

Tədbirin sonunda yaşıl enerji, nəqliyyat və digər istiqamətləri əhatə edən 4 əməkdaşlıq sənədi, iclasın Protokolu və 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə ehtiva edən 2026-2027-ci illər üçün Fəaliyyət Planı qəbul olunub.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?