6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Nazir müavini:"Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək"

Nazir müavini:"Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək"

Hazırda işlənmə mərhələsində olan Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Xəzər dənizi vasitəsilə yüksəktutumlu məlumat ötürülməsi üçün əlavə marşrut yaradaraq Avropa və Asiya arasında rəqəmsal bağlantını gücləndirəcək, regional kommunikasiya şəbəkələrinin davamlılığını artıracaq və Azərbaycanın rəqəmsal tranzit qovşağı kimi rolunu möhkəmləndirəcək.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

Nazir muavini bildirib ki, etimadlı enerji və artan bərpaolunan enerji potensialı ilə birləşən yüksəktutumlu rəqəmsal əlaqələr Data Mərkəzlərinə, yüksək məhsuldarlıqlı hesablamalara və süni intellekt infrastrukturuna investisiyaları cəlb edə bilər.

“Bizim üçün süni intellekt ayrı bir sektor deyil. Bu, istehsal, logistika, aqrobiznes, turizm və ixrac xidmətlərində məhsuldarlığı artıran bir platformadır. Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində məqsədimiz 2030-cu ilə qədər güzəştli kreditlər və digər dəstək tədbirləri ilə "Sənaye 4.0" texnologiyalarının tətbiqi vasitəsilə 300-dək şirkətin rəqəmsal transformasiyasını dəstəkləməkdir. Bu miqyasda bağlantı aydın bir investisiya modeli tələb edir. Dövlət sektoru əlverişli şərait və infrastruktur yaradır, ilkin tələbatı təmin edir və riskləri azaldır, özəl kapital isə uğurlu layihələri genişləndirir. Azərbaycan bu tələbat üçün sabit baza təklif edir”, - deyə nazir müavini əlavə edib.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması