6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir

Alman-Azərbaycan Xarici Ticarət Palatası və Alman İqtisadiyyatının Şərq Komitəsi ölkələrimizin şirkətlərini bir araya gətirməkdə, qarşılıqlı maraq kəsb edən birgə fəaliyyət və təşəbbüsləri irəlilətməkdə mühüm rol oynayır. Almaniya və Azərbaycan arasında ikitərəfli biznes əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı səyləri yüksək qiymətləndiririk.

Bu sözləri iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransındakı çıxışında deyib.

O bildirib ki, bugünkü konfrans ikitərəfli münasibətlərimizdə mühüm bir mərhələnin ardınca baş tutur. Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri yüksəksəviyyəli görüşlər və səmərəli müzakirələrlə yadda qaldı. Səfər çərçivəsində, həmçinin ikitərəfli tərəfdaşlıq üzrə strateji gündəliyə dair Birgə Bəyannamə imzalandı və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olundu.

"Almaniyalı tərəfdaşlarımızla birlikdə biz indi bu siyasi dinamikanı real layihələrə çevirmək və onların uğurlu icrası üçün tələb olunan maliyyələşməni təmin etmək istiqamətində çalışırıq. Bu səyləri irəlilətmək üçün bu il noyabrın əvvəlində Almaniyaya səfər etməyi, hazırda müzakirə olunan konkret təşəbbüsləri irəli aparmağı və Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşünü keçirməyi planlaşdırırıq. Biz Almaniyanı Azərbaycanın prioritet sektorlarının inkişafında əsas sənaye tərəfdaşı kimi görürük və alman şirkətləri ilə konkret əməkdaşlıq imkanları üzrə açıq, praktiki müzakirələri alqışlayırıq", - deyə Səməd Bəşirli qeyd edib.

AZƏRTAC

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması