6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Rusiya ticarət dövriyyəsinin artırılması və "Şimal-Cənub" dəhlizini müzakirə ediblər

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin artırılması və "Şimal-Cənub" dəhlizini müzakirə ediblər

Rusiya Federasiyası hökumətinin sədr müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşünü keçiriblər.

Rusiya Federasiyası hökumətinin məlumatına görə, tədbirdə hər iki ölkənin aidiyyəti qurumlarının, nazirlik və idarələrinin nümayəndələri iştirak ediblər.

Tərəflər ticarət-iqtisadi və investisiya sahələrində, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika istiqamətlərində qarşılıqlı fəaliyyət məsələlərini ətraflı nəzərdən keçiriblər. İştirakçılar yüksək səviyyədə əldə olunan razılaşmaların və komissiyanın 24-cü iclasının qərarlarının icrası gedişatını müzakirə ediblər.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, əlaqələrin genişləndirilməsi və iki ölkənin təsərrüfat subyektlərinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması üzrə növbəti tədbirlər nəzərdən keçirilib. Tərəflər nəqliyyat əlaqələrinin inkişafına, yük daşımalarının genişləndirilməsinə, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizindən bundan sonra da istifadə olunmasına və buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırıblar.

Bundan əlavə, Azərbaycan və Rusiya üçün praktiki maraq kəsb edən layihələrin reallaşdırılması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iqtisadi qarşılıqlı fəaliyyətin əsas istiqamətləri üzrə birgə işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması