30 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İqtisadiyyat naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

İqtisadiyyat naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi Dima Əl-Yəhya ilə görüşüb.

Görüşdə rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiyaya və rəqabətqabiliyyətliliyin artırılmasına töhfəsi, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsi məsələləri müzakirə olunub.

Startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər rəqəmsal transformasiya, innovasiya və texnologiya sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, Rəqəmsal Əməkdaşlıq Təşkilatı 2020-ci ilin noyabrında rəqəmsal iqtisadiyyatın inklüziv və dayanıqlı inkişafını sürətləndirmək, rəqəmsal transformasiyanı təşviq etmək və bütün ölkələr, bizneslər və insanlar üçün rəqəmsal rifah imkanlarını genişləndirmək məqsədilə yaradılmış qlobal çoxtərəfli təşkilatdır. Ölkəmiz 2026-cı ildən təşkilatın üzvüdür.

-----

16:39

“Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi xanım Dima Əl-Yəhya ilə görüşümüzdə rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya və rəqabətqabiliyyətliliyin artırılmasına töhfəsi, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi və innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsi məsələlərini müzakirə etdik.

Startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişafı və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?