4 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dünya Bankı ilə kredit zəmanət mexanizminin biznesin maliyyəyə əlçatanlılığına təsiri müzakirə edilib

Dünya Bankı ilə kredit zəmanət mexanizminin biznesin maliyyəyə əlçatanlılığına təsiri müzakirə edilib

Mərkəzi Bankın rəhbər heyəti Azərbaycanda səfərdə olan Dünya Bankının İş Yerləri və İqtisadi Artım üçün Maliyyə Əlçatanlığı (FINGROW) Missiyasının nümayəndələri ilə görüşüb.

Mərkəzi Bankın məlumatına görə, səfər çərçivəsində FINGROW proqramı üzrə məsləhətləşmələr davam etdirilib, kredit təminatı mexanizminin təkmilləşdirilməsi və kapital maliyyələşdirilməsi komponentlərinin tətbiqi istiqamətində zəruri dəstək mexanizmləri, maliyyə sektorunda prudensial tənzimləmə siyasəti, eləcə də təklif olunan kredit zəmanət mexanizminin biznesin maliyyəyə əlçatanlılığına təsiri məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycanda maliyyə sektorunun inkişafına və özəl sektorun artımına töhfə verəcək birgə təşəbbüslərin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Dünya Bankının FINGROW proqramı rəqəmsal ödənişlər, kreditləşmə və risklərin azaldılması, habelə kapital maliyyələşdirilməsi vasitəsilə Avropa və Mərkəzi Asiya regionunda maliyyəyə çıxışın genişləndirilməsini və iş yerlərinin yaradılmasının dəstəklənməsini nəzərdə tutan regional təşəbbüsdür.

Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər?