22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
SOCAR ilə “Halliburton” arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

SOCAR ilə “Halliburton” arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ABŞ-ın “Halliburton” şirkətinin Şərq yarımkürəsi üzrə prezidenti Rami Yassine ilə görüşüb.

Neft Şirkətinin məlumatına görə, söhbət zamanı “Halliburton” şirkətinin uzun illər ərzində Azərbaycanda uğurla fəaliyyət göstərdiyi qeyd edilib. SOCAR ilə “Halliburton” arasında mövcud əlaqələrdən məmnunluq ifadə olunub, Azərbaycanda və digər ölkələrdə SOCAR tərəfindən həyata keçirilən layihələr üzrə tərəfdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Qonağa SOCAR tərəfindən rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqi istiqamətində görülən işlər barədə məlumat verilib. Bu xüsusda, Karbamid zavodunun Dünya İqtisadi Forumunun “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul olunması məmnunluqla vurğulanıb.

Tərəflər neft-qaz yataqlarının işlənməsi, hasilatın səmərəliliyinin artırılması, rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi istiqamətlərində mümkün əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?