22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
AİH və Çinin “Silk Road Fund” fondunun iştirakı ilə 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradılır

AİH və Çinin “Silk Road Fund” fondunun iştirakı ilə 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradılır

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin “Silk Road Fund” (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib.

AİH-in məlumatına görə, ümumi kapitalı 7,5 milyard Çin yuanı (təxminən 1 milyard ABŞ dolları) təşkil edən Birgə İnvestisiya Fondu Azərbaycanda, eləcə də Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündə iştirak edən digər ölkələrdə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.

Fond AİH və SRF tərəfindən investisiya imkanlarının birgə nəzərdən keçirilməsi və perspektiv layihələrin maliyyələşdirilməsi üçün çərçivə yaradacaq. Bu yeni mexanizm tərəflər arasında investisiya əməkdaşlığının genişləndirilməsi və müxtəlif layihələrə uzunmüddətli kapitalın cəlb edilməsi üçün əlavə imkanlar yaradacaq.

Birgə İnvestisiya Fondunun yaradılması AİH və SRF arasında 2025-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişinə əsaslanır. Saziş çərçivəsində qurulmuş əməkdaşlığın davamı olaraq, tərəflər Fondun yaradılması istiqamətində işləri davam etdirib, potensial investisiya sahələri, Fondun strukturu və fəaliyyət prinsipləri üzrə müzakirələr aparıblar.

Fondun yaradılması Azərbaycan və Çin arasında investisiya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində mühüm addımdır. AİH və SRF Fond çərçivəsində qarşılıqlı maraq kəsb edən layihələrin müəyyən edilməsi və maliyyələşdirilməsi istiqamətində əməkdaşlığı davam etdirməyi planlaşdırır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?