22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Naxçıvanın investisiya və ticarət potensialı Avropa nümayəndə heyətinə təqdim olunub

Naxçıvanın investisiya və ticarət potensialı Avropa nümayəndə heyətinə təqdim olunub

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin məlumatına görə, görüşdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç, Avropa Yenidənqurma və İnkişaf Bankının Türkiyə və Qafqaz üzrə icraçı direktoru Elisabetta Falcetti, eləcə də adıçəkilən qurumların nümayəndələri iştirak ediblər.

Görüş zamanı qarşı tərəfə muxtar respublikanın ticarət-iqtisadi potensialı, investisiya imkanları və biznes mühitinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Nümayəndə heyəti öz növbəsində, logistika, nəqliyyat-tranzit, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsini təklif edib, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən muxtar respublikada bu sahələrdə həyata keçiriləcək layihələrə kreditlərin ayrılmasının mümkünlüyünü bildirib.

Tərəflər iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri, Avropa İttifaqına üzv ölkələrin şirkətlərinin investisiya qoyulması məqsədilə muxtar respublikaya cəlb olunması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər istiqamətlər ətrafında fikir mübadiləsi aparıblar.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?