22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısına ev sahibliyi edəcək

Dohada Qətər Dövlətinin ev sahibliyi ilə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 11-ci İllik Toplantısı keçirilib.

AİİB-də Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov İllik Toplantının açılış mərasimində, rəsmi sessiyada, müdirlərin dəyirmi masasında iştirak edib, həmçinin bir sıra ikitərəfli görüşlər keçirib.

AİİB-in Müdirlər Şurasının rəsmi sessiyasında Bankın 12-ci İllik Toplantısının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov 2027-ci ildə AİİB-in İllik Toplantısının Bakıda keçirilməsi ilə bağlı qərara və ölkəmizə göstərilən yüksək etimada görə Müdirlər Şurasının üzvlərinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, bu nüfuzlu tədbirə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa və AİİB-yə üzv ölkələri birləşdirən ortaq məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanın AİİB-in təsisçi üzvlərindən biri olduğu, Bankla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin ölkəmizdə infrastrukturun inkişafına və regional bağlantıların genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə Azərbaycanın AİİB-in “Gələcəyin infrastrukturu” missiyasına töhfə verəcək nəqliyyat, enerji və rəqəmsal bağlantı imkanlarına malik olduğu vurğulanıb. Bildirilib ki, 2027-ci il 14–15 iyul tarixlərində keçiriləcək İllik Toplantı Cənubi Qafqaz, Mərkəzi Asiya və daha geniş Xəzəryanı regionun infrastruktur və bağlantı məsələləri üzrə fikir mübadiləsinin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.

İllik Toplantı çərçivəsində keçirilən müdirlərin dəyirmi masasında AİİB ilə üzv ölkələr arasında gələcək əməkdaşlığın prioritetləri, Bank tərəfindən maliyyələşdirilməsi planlaşdırılan yeni investisiya layihələri, regional əməkdaşlıq və inteqrasiya imkanlarının genişləndirilməsi, iqtisadiyyatın gücləndirilməsi və infrastrukturun inkişafı məsələləri müzakirə olunub.

İllik Toplantı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov AİİB-in prezidenti Zou Jiayi ilə görüşüb. Görüşdə Azərbaycan ilə Bank arasında 2016-cı ildən davam edən əməkdaşlığın əhəmiyyəti vurğulanıb, AİİB-in üzv ölkələrdə infrastrukturun inkişafına, dayanıqlı inkişafın təmin olunmasına, yaşıl iqtisadiyyata keçidə və yaşıl enerjinin təşviqinə verdiyi dəstək barədə fikir mübadiləsi aparılıb.

Asiya regionunda iqtisadi artımın dəstəklənməsi, infrastrukturun təkmilləşdirilməsi və bu istiqamətlərdə həyata keçirilən layihələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İllik Toplantı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov “Sərhədlərdən kənara: regionları birləşdirmək, dayanıqlılığı gücləndirmək” mövzusunda seminarda məruzə ilə çıxış edib. Çıxış zamanı yaşıl və dayanıqlı infrastrukturun inkişafı, regional nəqliyyat və enerji dəhlizlərinin genişləndirilməsi, texnologiyaya əsaslanan infrastrukturun inkişafı və özəl kapitalın cəlb olunması məsələlərinə diqqət çəkilib. Azərbaycanın yaşıl iqtisadiyyata keçidi və işğaldan azad edilmiş ərazilərdə bu konsepsiyanın tətbiqi, dəmir yolu infrastrukturu, eləcə də digər nəqliyyat-tranzit və logistika layihələri çərçivəsində əməkdaşlıq potensialı qeyd olunub.

İllik Toplantı çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərin maliyyə naziri Əli bin Əhməd Əl-Kuvari ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qətər arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu və siyasi iradəsinin əhəmiyyəti qeyd olunub. Bu möhkəm təməl üzərində iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib. Qarşılıqlı investisiyaların təşviqi, yeni layihələrin həyata keçirilməsi, özəl sektorlar arasında tərəfdaşlığın gücləndirilməsi, eləcə də maliyyə və investisiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, AİİB-in İllik Toplantısı Banka üzv ölkələrin nümayəndə heyətləri, dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor, investorlar və digər tərəfdaşların iştirakı ilə Bankın strateji istiqamətləri, infrastruktur investisiyaları və regional əməkdaşlıq məsələlərinin müzakirə edildiyi əsas platformalardan biridir. Azərbaycan AİİB-in fəaliyyətə başladığı 2016-cı ildən Bankın üzvüdür və təsisçi üzvlər sırasında yer alır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?