23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Hindistanın qablaşdırma sənayesində ixtisaslaşmış beynəlxalq şirkəti “UFlex Limited” ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) arasında əməkdaşlıq əsasında yeni istehsal müəssisəsinin yaradılması nəzərdə tutulur. Layihə “UFlex Limited”in beynəlxalq aktivlərini idarə edən Flex Middle East FZE şirkəti vasitəsilə reallaşdırılacaq. Bu məqsədlə İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABİF, Flex Middle East FZE və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında Birgə İştirak Müqaviləsi imzalanıb.

117,7 milyon ABŞ dolları dəyərində olan istehsal layihəsi Ələt Azad İqtisadi Zonasında (AFEZ) həyata keçiriləcək. Layihənin icrası məqsədilə Flex Films AZB AFEZCO şirkəti təsis edilib və müəssisənin yaradılması üçün AFEZ-də 4,7 hektar torpaq sahəsi ayrılıb. Layihə çərçivəsində illik 60 min ton istehsal gücünə malik müasir müəssisənin yaradılması planlaşdırılır.

Layihənin həyata keçirilməsi Azərbaycanda qeyri-neft-qaz sektorunun inkişafı, ixracyönümlü istehsalın genişləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və ölkəmizdə qablaşdırma sənayesinin inkişafına töhfə verəcək.

Qeyd edək ki, UFlex Limited 1985-ci ildə Hindistanda təsis edilmiş beynəlxalq şirkətdir. Şirkət qablaşdırma plyonkaları, qablaşdırma materialları və əlaqəli məhsul və texnologiyaların istehsalı üzrə ixtisaslaşıb. UFlex məhsullarını 150-dən çox ölkəyə ixrac edir və 9 ölkədə beynəlxalq standartlara uyğun istehsal müəssisələrinə malikdir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?