23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Torpaq koordinatlarının tanıdılması xidməti elektronşaldırılıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronşaldırılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən “Torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi tanıdılması” xidməti elektronlaşdırılıb.
Dövlət Xidmətinin məlumatına görə, belə ki, əvvəllər müraciətlərin qəbulu və icra nəticəsində hazırlanan cavab məktubunun vətəndaşlara təqdim edilməsi kağız daşıyıcıda həyata keçirilirdisə, hazırda bu proses onlayn qaydada təşkil olunur.

Mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan fiziki və hüquqi şəxslərin müraciəti əsasında həyata keçirilən bu xidmət torpaq sahələrinin sərhədlərinin müəyyən edilməsi, dəqiqləşdirilməsi və döngə (sərhəd xarakterik) nöqtələrinin koordinatlarının təyin olunması üzrə kadastr işlərini əhatə edir.

Bu xidmətin əsas mahiyyəti texniki sənədlərdə qeyd olunmuş döngə nöqtələrinin müasir geodeziya ölçü cihazları və alətləri vasitəsilə bilavasitə yer üzərində dəqiq koordinatlarla təyin edilməsi və mülkiyyətçiyə əyani şəkildə nümayiş etdirilərək tanıdılmasıdır. Bu prosedur qonşu torpaqlarla yaranacaq sərhəd kəsişmələrinin və hüquqi mübahisələrin qarşısını alır, habelə tikinti işlərindən əvvəl ərazinin dəqiq nöqtələrini nişanlamağa imkan verir.

Yeniliyə əsasən vətəndaşlar İqtisadiyyat Nazirliyinin Elektron Xidmətlər Portalı (https://e-services.economy.gov.az/) vasitəsilə xidmətə onlayn qaydada müraciət edə bilərlər. Müraciətin icrası başa çatdıqdan sonra hazırlanan rəsmi cavab məktubu müraciət edən şəxsə elektron formada, xüsusi link vasitəsilə ünvanlanır.

Tətbiq edilən elektronlaşma xidmətə əlçatanlığı artırmaqla yanaşı, vətəndaşların əlavə xərclərini və vaxt itkisini aradan qaldıraraq xidmətdən istənilən məkandan onlayn müraciətə şərait yaradır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?