29 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Daşkənddə “ICT Week Uzbekistan 2026” beynəlxalq texnologiya həftəsi çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumunda iştirak edib.

Mərkəzin məlumatına görə, forumda TDT-yə üzv ölkələrin startap və innovasiya ekosistemləri arasında əlaqələrin gücləndirilməsi, texnologiya parkları və innovasiya institutları arasında əməkdaşlığın inkişaf etdirilməsi, startapların yeni bazarlara çıxış imkanlarının artırılması, vençur investisiyalarının cəlb edilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Forumun keçirilməsi təşəbbüsü 15 may 2026-cı ildə Qazaxıstanın Türküstan şəhərində keçirilən TDT Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb.

Qeyd edək ki, “ICT Week Uzbekistan 2026” dövlət qurumlarını, texnologiya və innovasiya mərkəzlərini, startap və vençur ekosisteminin nümayəndələrini, investorları və beynəlxalq texnologiya şirkətlərini bir araya gətirən platformadır.

VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır?