23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Özbəkistanlı nazir: "Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk"

Özbəkistanlı nazir: "Azərbaycanla yaşıl enerji sahəsində birgə layihələr həyata keçiririk"

Azərbaycanla Özbəkistan arasında yaşıl enerji sahəsində fəal əməkdaşlıq aparılır və birgə layihələr həyata keçirilir.

Bunu Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.

Nazir bildirib ki, əsas strateji məqsədlərdən biri Mərkəzi Asiya və Cənubi Qafqazda istehsal olunan yaşıl enerjinin Avropa bazarlarına çatdırılmasını təmin edəcək enerji dəhlizinin formalaşdırılmasıdır.

L.Kudratov qeyd edib ki, Azərbaycanla bu istiqamətdə fəal danışıqlar aparılır. Onun sözlərinə görə, yaxın illərdə Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək iri infrastruktur layihələrinin təqdim olunması nəzərdə tutulur.

“Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ortaq hədəfi vahid nəqliyyat və enerji dəhlizlərinin yaradılması, qarşılıqlı investisiyaların stimullaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, Mərkəzi Asiya ilə Cənubi Qafqazın inteqrasiyası regionun investisiya cəlbediciliyini daha da artırır.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?