23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Amy Carlon: "Orta Dəhliz regionun iqtisadi potensialının reallaşdırılması üçün mühüm imkanlar yaradır"

Amy Carlon: "Orta Dəhliz regionun iqtisadi potensialının reallaşdırılması üçün mühüm imkanlar yaradır"

ABŞ və Azərbaycan arasında biznes əlaqələrinin genişləndirilməsi, investisiyaların təşviqi və yeni layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

Bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Orta Dəhliz: ticarət, sənaye və əlaqə potensialının açılması” mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

A.Carlon çıxışında Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişaf etdiyini, xüsusilə iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu bildirib.

O qeyd edib ki, son dövrdə iki ölkə arasında əldə olunan razılaşmalar və həyata keçirilən layihələr qarşılıqlı iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Diplomat Orta Dəhlizin Cənubi Qafqazın beynəlxalq ticarət və nəqliyyat əlaqələrində rolunun artırılması baxımından əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, regionun əlverişli coğrafi mövqeyi və nəqliyyat imkanları beynəlxalq biznes dairələri üçün yeni perspektivlər yaradır.

A.Carlon bildirib ki, Orta Dəhlizin inkişafı yalnız nəqliyyat və logistika imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu marşrut boyunca ticarətin, sənayenin və investisiya əməkdaşlığının inkişafı üçün də geniş imkanlar mövcuddur.

O, ABŞ biznes dairələrinin regiondakı imkanlara marağının artırılmasının, investisiyaların daha sürətli cəlb edilməsinin və yerli iqtisadi potensialın səmərəli şəkildə istifadəsinin vacibliyini qeyd edib.

A.Carlon əlavə edib ki, Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir və bu istiqamətdə həyata keçirilən layihələr regionun iqtisadi əlaqələrinin daha da genişlənməsinə töhfə verə bilər.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?