23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Oracle” şirkətinin vitse-prezidenti: Azərbaycana investisiya yatırmaqda maraqlıyıq

“Oracle” şirkətinin vitse-prezidenti: Azərbaycana investisiya yatırmaqda maraqlıyıq

Süni intellekt Azərbaycanın investisiya baxımından diqqətçəkən istiqamətlərindən biridir və bu sahənin ölkədə necə inkişaf edəcəyini öyrənmək maraqlıdır.

Bu fikirləri Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda “Oracle” şirkətinin vitse-prezidenti Mark Nyuell deyib.

O bildirib ki, süni intellekt hazırda böyük diqqət çəkən əsas investisiya istiqamətlərindən biridir: “Düşünürəm ki, çox güclü şəkildə önə çıxan əsas investisiya istiqamətlərindən biri süni intellektə yatırımdır. Bu, hazırda açıq şəkildə çox böyük mövzudur. Buna görə də süni intellektin Azərbaycanda necə inkişaf edəcəyi barədə daha çox məlumat əldə etməyi səbirsizliklə gözləyirəm”.

Mark Nyuell Bakıya səfəri ilə bağlı təəssüratlarını da bölüşüb. O qeyd edib ki, bu, onun Bakıya ilk gəlişi deyil: “Ölkə, burada həyata keçirdiyiniz bəzi maraqlı işlər və inkişaf məni çox təəccübləndirdi”.

“Oracle”ın Azərbaycana investisiya yatırmaq planlarına toxunan vitse-prezident şirkət rəhbərliyinin bu məsələdə maraqlı olduğunu bildirib: “Düşünürəm ki, təşkilatımız tərəfindən Azərbaycana investisiya yatırmağa çox böyük maraq var”.

Mark Nyuell Azərbaycanda layihələrin həyata keçirilməsi və gənclər üçün imkanların yaradılması məsələsində tərəfdaşlarla əməkdaşlığın vacib olacağını vurğulayıb: “Burada həyata keçirmək istədiyimiz bəzi işləri reallaşdırmaq üçün mütləq tərəfdaşlarla işləməli olacağıq”.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?