27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya keçirilib

“Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya təşkil olunub.

Sessiyada Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək, ölkəmizdə şəhərsalma və şəhər inkişafı sahəsində həyata keçirilən layihələr, investisiya imkanları və dayanıqlı şəhər inkişafına dair yanaşmalar barədə məlumat verib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ölkəmizdə turizm sektorunun inkişafı, investisiya imkanları və ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Panel sessiyaya “Zaha Hadid Architects” şirkətinin regional bazar və müştəri əlaqələri üzrə meneceri Məryəm Novruzi moderatorluq edib.

Sessiyada Monteneqronun turizm naziri Simonida Kordiç, “Sea Breeze” şirkətinin təsisçisi Emin Ağalarov, Azərbaycan Turizm Bürosunun Direktorlar Şurasının sədri Florian Zengştşmid, Paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad edilmiş ərazilərin layihələrinin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov, “Avant Group” şirkətinin Direktorlar Şurasının sədri Əli Hüseynov, “Zaha Hadid Architects” şirkətinin direktoru Manuela Qatto, BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə missiya rəhbəri Anna Soave, “ADEC” MMC-nin (“White City”) xüsusi layihə meneceri Yelena Çernova iştirak ediblər.

Tədbirdə şəhər ərazilərinin yenilənməsi və iri miqyaslı inkişaf layihələri, eləcə də daşınmaz əmlak sektoruna investisiyaların cəlb edilməsi və çoxfunksiyalı layihələrin inkişafı məsələləri müzakirə edilib. Həmçinin, ağıllı və dayanıqlı şəhərsalma yanaşmaları, beynəlxalq developer şirkətləri və institusional kapitalın imkanları, investisiya üçün hazır şəhər layihələrinin formalaşdırılması və onların investisiya cəlbediciliyinin artırılması barədə fikir mübadiləsi aparılıb. Turizm sektoruna investisiyaların cəlb edilməsi, turizm məkanlarının kompleks inkişafı, beynəlxalq otel brendləri və kurort layihələrinin yaradılması məsələləri müzakirə edilib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?