23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib

“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya təşkil edilib.

Forumun strateji tərəfdaşı olan “TEHA Group”un Beynəlxalq əlaqələr üzrə koordinatoru Filippo Malinvernonun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev insan kapitalının inkişafı, əmək bazarının gələcək bacarıqlara uyğunlaşdırılması və müasir iqtisadiyyatın tələblərinə cavab verən kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Paneldə Azərbaycanın Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, “PAŞA Holding” şirkətinin baş icraçı direktoru Cəlal Qasımov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov, “SABAH.HUB”ın baş icraçı direktoru Rəhim Bayramlı və “Şişecam” şirkətinin baş icraçı direktoru Can Yücel iştirak ediblər.

Tədbirdə insan kapitalının inkişafının Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və iqtisadi şaxələndirməsinin təmin edilməsində rolu, gələcəyin bacarıqları, rəqəmsal imkanlar və müasir liderlik yanaşmaları müzakirə edilib. Həmçinin, universitetlər, biznes və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, istedadların cəlb edilməsi və inkişaf etdirilməsi, məşğulluq imkanlarının artırılması, innovasiya və sahibkarlığın dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı,– “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçiriləcək Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?