23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi investisiyalar: gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkətverici qüvvəsi” mövzusunda panel müzakirə təşkil olunub.

Böyük Britaniyanın “TP Engineering Services LLP” şirkəti ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə qeyri-maddi aktivlərin məhsuldarlığın, rəqabət qabiliyyətinin və uzunmüddətli iqtisadi artımın yeni mənbəyi kimi rolu nəzərdən keçirilib.

Müzakirələrdə əqli mülkiyyətə, proqram təminatına, məlumatlara, tədqiqat və inkişafa, brendlərə və təşkilati imkanlara investisiyaların əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin qeyri-maddi aktivlərin qiymətləndirilməsi, uçotu və maliyyələşdirilməsi, bu sahədə maliyyə institutları və investorların rolu, eləcə də bilik əsaslı investisiyaları təşviq edən hüquqi və institusional çərçivələrin formalaşdırılması məsələləri müzakirə olunub.

Paneldə innovasiya, nou-hau və intellektual kapitalın biznes dəyərinə, ixrac imkanlarına və yeni investisiyalara çevrilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirəyə “AnewZ”-in təmsilçisi Teodor Geonov moderatorluq edib. Paneldə SOCAR-ın vitse-prezidentinin müavini Hikmət Abdullayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Avstriyanın POERNER şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traxler, “TP Engineering and Consultancy” şirkətinin təsisçisi və baş icraçı direktoru Rüstəm İsmayılov, “Caspian Business Hub”-ın layihələrin inkişafı üzrə rəhbəri Nərmin Cəfərova və beynəlxalq peşəkar xidmətlər şirkəti “KPMG Azərbaycan”ın idarəedici tərəfdaşı Vitali Yakovlev iştirak ediblər.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?