27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Afrika və Azərbaycan arasında əlaqələrin inkişafı: investisiya, ticarət və iqtisadi artım” mövzusunda keçirilən yan tədbirdə dövlət xidmətlərində innovativ yanaşmalar, “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi və idarəetmə üzrə təcrübə mübadiləsi məsələlərinə toxunulub.

Tədbirdə Azərbaycan–Afrika iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və institusional çərçivəsi, ticarət, investisiya və biznes əlaqələrinin genişləndirilməsi üçün yeni imkanlar qeyd edilib. Afrika ölkələrinin milli inkişaf prioritetləri, investisiya mühiti və Azərbaycanla əməkdaşlıq potensialı diqqətə çatdırılıb.

Azərbaycan şirkətlərinin Afrika bazarlarında fəaliyyəti, ixrac potensialının artırılması, logistika ilə bağlı praktiki məsələlər, həmçinin biznes platformalarının əməkdaşlığın genişləndirilməsində rolu müzakirə olunub.

Enerji və əmtəə ticarəti, rəqəmsal dövlət xidmətləri, infrastruktur və tikinti, kənd təsərrüfatı və aqrar emal sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik və Sosial İnnovasiyalar Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Azərbaycan və Afrika ölkələri arasında dövlət xidmətlərində innovasiyaların tətbiqi üzrə əməkdaşlıq məsələləri barədə fikirlərini bölüşüb.

Panel müzakirəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva, “SOCAR Trading” şirkətinin qlobal biznesin inkişafı üzrə rəhbəri Toğrul Köçərli, “Africa–Azerbaijan Cooperation” (AFAZ) təşkilatının təsisçisi və sədri Rəna Qafarova, Nigeriyalıların NİDO diaspor təşkilatının sabiq prezidenti Akinropo Obolabo Aqbabiaka, Afrika-Qafqaz Forumunun təsisçisi Predikt Mutepfe iştirak ediblər.

Müzakirələrdə Azərbaycan və Afrika ölkələri arasında qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin inkişafı və yeni investisiya imkanlarının reallaşdırılması istiqamətləri diqqət mərkəzində olub.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?