17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib

Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan tədbirdə türk dövlətlərinin investisiya təşviqi qurumları arasında əməkdaşlığın gücləndirilməsi, birgə təşəbbüslər və regional investisiya imkanları müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib.

Sessiyada İqtisadiyyat Nazirliyinin tabeliyində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Türkiyənin Strategiya və korporativ planlaşdırma bölməsinin rəhbəri Samet Akyüz, İnvestisiya mühiti bölməsinin rəhbəri Hakan Araz, “Kazakh Invest” şirkətinin idarə heyətinin sədri Sultanqali Kinjakulov, Özbəkistan İnvestisiya Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Roksana Nesor və Qırğızıstan İnvestisiya Agentliyinin direktoru Ravşanbek Sabirov iştirak ediblər.

Panel iştirakçıları Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsi çərçivəsində üzv ölkələrin investisiya təşviqi qurumları arasında institusional əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi, birgə investisiya təşəbbüslərinin irəli sürülməsi və ortaq imkanların təşviqi barədə fikirlərini bölüşüblər.

Sessiyada investisiya mühitinin təkmilləşdirilməsi, potensial investorlarla iş mexanizmləri, regional layihələrin təşviqi, eləcə də türk dövlətləri arasında biznes və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. İnvestisiya təşviqi qurumları arasında daha sıx koordinasiyanın və sistemli əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?