27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Kapital bazarları diversifikasiyanın katalizatoru kimi: Azərbaycanın inkişaf yoluna Böyük Britaniyanın baxışı”

“Kapital bazarları diversifikasiyanın katalizatoru kimi: Azərbaycanın inkişaf yoluna Böyük Britaniyanın baxışı”

Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Kapital bazarları diversifikasiyanın katalizatoru kimi: Azərbaycanın inkişaf yoluna Böyük Britaniyanın baxışı” mövzusunda panel sessiyası keçirilib.

Tədbir Böyük Britaniyanın maliyyə və biznes sektorunu təmsil edən aparıcı qurumlardan “TheCityUK” və “London Stock Exchange Group”un (LSEG) əməkdaşlığı ilə təşkil olunan sessiyaya “AnewZ” televiziyasının qlobal baş redaktoru Qay Şoun moderatorluq edib.

Panel sessiyada “London Stock Exchange Group”un Avropa üzrə ilkin bazarlar rəhbəri Ayuna Neçayeva, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının İxrac Maliyyələşdirilməsi Agentliyinin həmsədri Natalya Sergeyeva, Bakı Fond Birjasının baş icraçı direktoru Ruslan Xəlilov, Kembricşir Ticarət Palatasının beynəlxalq ticarət və iqtisadi inkişaf üzrə assosiativ tərəfdaşı İlona Karpanos, “Standard Chartered Bank”ın inkişaf və agentlik maliyyələşdirilməsi üzrə icraçı direktoru Desislava Radeva çıxış ediblər.

Müzakirələrdə kapital bazarlarının iqtisadi şaxələndirmənin və özəl sektorun inkişafının dəstəklənməsində rolu, şirkətlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investisiyaların cəlbi və kapital bazarlarının dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Panel iştirakçıları Böyük Britaniyanın kapital bazarları və maliyyə xidmətləri sahəsində təcrübəsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanları, eləcə də yerli şirkətlərin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikirlərini bölüşüblər. Kapital bazarlarının inkişafının iqtisadiyyatın diversifikasiyası, biznesin maliyyələşdirilməsi imkanlarının artırılması və uzunmüddətli investisiyaların təşviqi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?