23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri”

“Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusunda panel sessiya keçirilib.

Sessiyanın “ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığı: TRIPP və yeni bağlantı imkanları” mövzusuna həsr edilmiş birinci hissəsinə iqtisadiyyat nazirinin müşaviri Taleh Ziyadov moderatorluq edib.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov çıxış edərək ABŞ-Azərbaycan tərəfdaşlığı, yeni regional bağlantı imkanlarının Cənubi Qafqazda davamlı sülh və sabitliyin möhkəmləndirilməsinə verə biləcəyi töhfələr barədə məlumat verib.

Paneldə Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov, ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon, “Bechtel” şirkətinin biznesin inkişafı üzrə direktoru Qabor Gerentser, “Apollo” şirkətinin idarəedici direktoru Conatan Bar, “Centricus” şirkətinin tərəfdaşı Halil Emecen, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov iştirak ediblər.

Paneldə ABŞ–Azərbaycan strateji tərəfdaşlığının inkişafı, enerji və infrastruktur layihələrində əməkdaşlıq, özəl sektorun iştirakı və investisiya imkanları müzakirə olunub. Həmçinin ABŞ şirkətləri və investorları üçün Azərbaycanda yaradılan imkanlar, strateji infrastrukturun inkişafı və regional enerji bağlantılarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Panel sessiyanın II hissəsi “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” mövzusuna həsr edilib.

“Euronews”un büro rəhbəri Nadira Tüdorun moderatorluğu ilə keçirilən sessiyada Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Perhat Yağşiyev, Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aidar Abildabekov, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Yu Honqçi, Almaniya Şərq Biznes Assosiasiyasının (OA) icraçı direktoru Maykl Harms, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze, “Kibar Holding”in baş icraçı direktoru Haluk Kayabaşı, Beynəlxalq Maliyyə Korporasiyasının Qərbi Balkan və Cənubi Qafqaz üzrə direktoru Vibke Şlömer iştirak ediblər.

Sessiyada Orta Dəhlizin dayanıqlı Şərq–Qərb ticarət və logistika platforması kimi inkişafı, Transxəzər bağlantısının və multimodal nəqliyyat infrastrukturunun gücləndirilməsi, dəmir yolu, liman və logistika imkanlarının genişləndirilməsi, eləcə də Mərkəzi Asiya, Azərbaycan və Çin arasında ticarət və investisiya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub. İnfrastrukturun dövlət-özəl tərəfdaşlığı, çoxtərəfli maliyyə institutları və özəl kapital hesabına maliyyələşdirilməsi, tranzit imkanlarının istehsal, emal və əlavə dəyər yaradan fəaliyyətlərlə əlaqələndirilməsi, regional sənaye əməkdaşlığının və dəyər zəncirlərinə inteqrasiyanın genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Müzakirələrdə Azərbaycanın Mərkəzi Asiya, Cənubi Qafqaz və qlobal bazarlar arasında strateji keçid platforması kimi mövqeyinin, nəqliyyat-logistika imkanlarının istehsal və regional dəyər zəncirlərinin inkişafı ilə əlaqələndirilməsinin investisiya və iqtisadi əməkdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?