23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövriyyədə olan ödəniş kartlarının sayı 9 faizədək artıb

Dövriyyədə olan ödəniş kartlarının sayı 9 faizədək artıb

Avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 189 min ədəd artaraq 22,974 milyon ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 8,7 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ödəniş kartlarında debet kartlarının sayı 10,2 faiz artıb, kredit kartlarının sayı isə 4,3 faiz azalıb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz artıb.

2026-cı ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,888 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,682 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,8 faizini təşkil edib.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?