26 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya təşkil olunub.

Sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov qlobal iqtisadi mühitdə baş verən dəyişikliklər, Azərbaycanın regional və beynəlxalq iqtisadi əlaqələrdə rolu, investisiya imkanlarının genişləndirilməsi və ölkənin istehsal və regional dəyər zəncirlərində mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlərə diqqət çəkib. Vurğulanıb ki, Azərbaycanda sabitlik və makroiqtisadi dayanıqlılıq, ölkəmizin artan beynəlxalq nüfuzu, təşəbbüsçüsü olduğu, dəyəri sərhədləri aşan strateji layihələr və öhdəliklərin icrası məhsuldar investisiyalar və regional dəyər zəncirlərinə daha sıx inteqrasiya üçün möhkəm təməllər formalaşdırır. Azərbaycanın enerji və nəqliyyat-logistika imkanları regionlararası iqtisadi əməkdaşlıqda və yeni investisiya əlaqələrinin formalaşmasında ölkəmizin rolunu genişləndirir.

Sessiya çərçivəsində iqtisadçı və strateq, “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini ilə “Euronews”un Direktorlar Şurasının sədri Pedro Vargas David arasında “Qlobal iqtisadi perspektivlər” mövzusunda yüksək səviyyəli müzakirə təşkil olunub. Müzakirədə qlobal iqtisadi mənzərədə baş verən dəyişikliklər, dünya iqtisadiyyatının inkişafına və investisiya proseslərinə təsir edən əsas meyillər nəzərdən keçirilib.

Sessiyanın davamında “The European House – Ambrosetti & TEHA Group”un baş icraçı direktoru və idarəedici tərəfdaşı Valerio De Molli “Azərbaycan və Cənubi Qafqaz: investisiya artımının mərkəzi qovşağı” mövzusunda təqdimatla çıxış edib.

“Euronews”un idarəedici redaktoru Ceyn Uizespunun moderatorluğu ilə keçirilən “Qlobal artımın, investisiyaların və bağlantılılığın gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, qlobal investisiya axınları fonunda Azərbaycan sülh gündəliyi, nəqliyyat və logistikanın inkişafı, eləcə də rəqəmsal iqtisadiyyat mühitinin formalaşdırılması vasitəsilə regional inteqrasiyanı sistemli şəkildə həyata keçirir. Qeyd olunub ki, Bakı–Tbilisi–Qars dəmir yolu yenidən qurulub və onun buraxılış qabiliyyəti bir neçə dəfə artırılıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı isə genişləndirilib. Nəticədə, ölkənin tranzit həcmləri son illər ən yüksək səviyyəyə çatıb. Həmçinin Ələt Azad İqtisadi Zonasının investorlar üçün yaratdığı imkanlar barədə məlumat verilib. Nazir ölkəmizdə ixracın şaxələndirilməsi, satış bazarlarının genişləndirilməsi, investor və sahibkarların kapital və əməliyyat xərclərinin azaldılması istiqamətində tətbiq edilən alətləri də diqqətə çatdırıb, investisiyaların təşviqi mexanizmlərinin prioritet sahələrə istiqamətləndirildiyini bildirib.

Müzakirədə Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Pakistanın rabitə üzrə federal naziri Aleem Khan, Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmishi, Suriyanın iqtisadiyyat və sənaye naziri Mohammad Nidal al-Shaar və Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmon Abdurahmonzoda iştirak ediblər. İştirakçılar qlobal iqtisadi və geosiyasi proseslərin ölkələrin iqtisadi inkişafına təsiri, regional əməkdaşlığın və investisiya əlaqələrinin genişləndirilməsi, yeni iqtisadi imkanların formalaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. “Roubini Macro Associates” şirkətinin baş icraçı direktoru Nouriel Roubini isə müzakirələrə ekspert qismində münasibət bildirib.

-----

13:22

“II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyaların və bağlantıların gələcəyinin formalaşdırılması” mövzusunda yüksək səviyyəli panel müzakirəsində iştirak etdik.

Müzakirələr zamanı qloballaşmanı yenidən formalaşdıran makroiqtisadi və geosiyasi amillər, regional iqtisadi əməkdaşlığın yeni formaları və dəyişən qlobal iqtisadi mənzərədə Cənubi Qafqazın artan rolu barədə fikir mübadiləsi aparıldı.

Xüsusi olaraq Azərbaycanın yalnız etibarlı enerji tərəfdaşı və nəqliyyat-logistika qovşağı kimi deyil, həm də istehsal, investisiya və regional dəyər zəncirləri üçün yeni imkanlar yaradan daha geniş iqtisadi platforma kimi mövqeyinin gücləndirilməsi məsələlərinə diqqət yetirildi”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında paylaşım edib.

VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir?