6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın yeni mərhələsinə qoşul

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın yeni mərhələsinə qoşul

Texnologiyaların tətbiqi ilə bağlı çətinlik yaşayırsınız?

Texnoloji transformasiya üçün yol xəritəniz yoxdur?

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” həyata keçirilir. Proqram beynəlxalq ekspertlərlə birgə rəqəmsal iqtisadiyyatın inkişafına, yerli sənaye müəssisələrinin texnoloji səviyyəsinin artırılmasına və innovativ texnologiyaların tətbiqinə, bununla da ölkə iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafına töhfə verməyi hədəfləyir.

Proqramın məqsədi dövlət dəstəyi ilə qabaqcıl texnologiyaların tətbiqini stimullaşdırılması nəticəsində bizneslərin səmərəliliyini və rəqabət qabiliyyətliliyini artırmaq, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən ibarətdir.

Proqram qoşulan şirkətlərə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə aşağıdakı xidmətlər tam ödənişsiz təqdim olunur:

- Texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsi;

- Müəssisələr üçün texnoloji transformasiyaya dair fərdiləşdirilmiş yol xəritəsinin hazırlanması;

- Texniki icra dəstəyi, o cümlədən maliyyə resurslarına çıxış.

2026-cı ildə proqrama qoşulan 18 müəssisənin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilərək onlar üçün yol xəritəsi hazırlanıb. Artıq bir sıra müəssisələr yol xəritələrinin icrasına başlayıb.

Proqrama qoşulma meyarları ilə tanış olmaq və müraciət etmək üçün https://industry4.az/ linkindən keçid edə bilərsiniz.

Ətraflı məlumat:

E-poçt: [email protected];

Tel.: +994 70 622 53 63.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?