22 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

Ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq

Hazırda “AzerGold” tərəfindən mineral resurs bazasının artırılması və yeni mədənlərdə istismara başlanılması məqsədilə genişmiqyaslı işlər görülür. Proses 4 əsas mərhələdə həyata keçirilir.

Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyev sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə deyib.

Z.İbrahimov qeyd edib ki, ilkin axtarış-qiymətləndirmə mərhələsində dövlət büdcəsi hesabına 15 min kvadratkilometr ərazidə tədqiqatlar davam etdirilir və işlərin 2027-ci ildə tamamlanması planlaşdırılır: “Nəticədə işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, ölkənin mineral resurs potensialının xəritəsi hazırlanacaq. Naxçıvan Muxtar Respublikasında ilkin axtarış-qiymətləndirmə işləri Sizin iştirakınızla Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə imzalanmış müqavilə çərçivəsində planlaşdırılan birgə müəssisə tərəfindən həyata keçiriləcək”.

“Axtarış-qiymətləndirmə mərhələsində hazırda 10 perspektivli qızıl-mis sahəsi üzrə işlər davam edir və bu mərhələnin də 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır. İlkin kəşfiyyat mərhələsində 5 yataq üzrə iqtisadi cəhətdən səmərəli ehtiyatların müəyyənləşdirilməsi davam etdirilir. Naxçıvanda “Göydağ” və “Başkənd” mis-qızıl yataqları, Balakəndə “Mazımçay” mis yatağı üzrə artıq ümumilikdə təxminən 1,5 milyon qızıl ekvivalenti unsiya ilkin resurs müəyyən edilib. Naxçıvandakı “Nəsirvaz”, Kəlbəcərdəki “Tutxun” qızıl yataqları üzrə isə ehtiyatların hesablanması davam edir. Sonuncu mərhələdə – dəqiq kəşfiyyat və texniki-iqtisadi əsaslandırma mərhələsində 3 yataq artıq istismara hazırlanır. “Söyüdlü” üzrə təxminən 1,03 milyon unsiya qızıl, “Ortakənd” üzrə 246 min unsiya qızıl, “Filizçay” üzrə isə 4 milyon qızıl ekvivalentində unsiya resurs müəyyən edilib”, - deyə o bildirib.

AZƏRTAC

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?