6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirilib

“4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə görüş keçirilib

“Baku ID” festivalı çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) “4Sİ Akademiyası - Milli Proqram” üzrə tərəfdaş qurumların nümayəndələri ilə “Gələcəyin işçi qüvvəsi: gələcəyə hazırıqmı?” mövzusunda görüş keçirib. Görüşdə süni intellekt və sürətli texnoloji dəyişikliklərin əmək bazarına təsiri, gələcəyin bacarıqları, təşkilatların yeni tələblərə hazırlığı, bilik və bacarıqların artırılması üzrə müasir yanaşmalar müzakirə olunub.

4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov texnoloji dəyişikliklərin iş dünyasına təsiri və gələcəyin əmək bazarına hazırlığın əhəmiyyəti barədə danışıb. Bildirilib ki, texnologiyaların sürətli inkişafı yalnız ayrı-ayrı peşələr üzrə yeni bacarıqlara tələbatı artırmır, eyni zamanda təşkilatların işçi qüvvəsinin planlaşdırılması, əməkdaşların inkişafı və ömürboyu öyrənmə ilə bağlı yanaşmalarının da yenilənməsini zəruri edir. “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində tərəfdaşlarla əməkdaşlığın rəqəmsal bacarıqların inkişafına və insan kapitalının gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.

“Coursera” şirkətinin bacarıqların inkişafı üzrə qlobal eksperti Vera İqnatyeva təqdimatında dünyada ən çox tələb olunan bacarıqlar, generativ süni intellektin peşələrə təsiri, yenidən ixtisaslaşma və bacarıqların artırılması (reskilling və upskilling) modelləri, eləcə də ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılması üzrə qlobal təcrübələrdən bəhs edib.

“Mercer” şirkətinin Türkiyə, Şərqi Aralıq dənizi və Xəzər regionu üzrə işçi qüvvəsi və mükafatlandırma rəhbəri Mustafa Kesim insan resurslarının idarə edilməsində bacarıq əsaslı yanaşmaların, strateji işçi qüvvəsi planlaşdırmasının və əməkdaşların davamlı inkişafının təşkilatların gələcəyə hazırlığında artan rolundan bəhs edib.

Dünya İqtisadi Forumunun (DİF) bacarıqlar təşəbbüsü üzrə fəaliyyət rəhbəri Alison İqlşam DİF-in araşdırmalarına əsaslanaraq süni intellekt və digər texnoloji dəyişikliklərin 2030-cu ilə doğru iş yerləri, bacarıqlar və işə qəbul yanaşmalarına təsiri barədə məlumat verib.

Tədbir çərçivəsində həmçinin iştirakçılar arasında interaktiv sorğu keçirilib. Sorğu vasitəsilə təşkilatların bacarıqların inkişafı üzrə mövcud vəziyyəti, əməkdaşların öyrənmə üsulları və insan resursları sahəsində gücləndirilməli istiqamətlər barədə rəylər toplanıb.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?