17 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır

Bakıda payız beynəlxalq sərgilər mövsümü başlayır

Bakıda müvafiq dövlət qurumlarının dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin təşkilatçılığı ilə beynəlxalq sərgilərin payız mövsümü başlayır.

“Caspian Event Organisers”dən verilən məlumata görə, sərgi proqramı dövlət sektorunun, biznesin və ekspertlərin nümayəndələrini bir araya gətirərək investisiyaların cəlb edilməsi, texnologiyaların transferi və beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün əsas platformaya çevriləcək.

Mövsümü 30 sentyabr – 2 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX 2026” açacaq. Bu sərgi ilə paralel olaraq 15-ci Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Vasitələri Sərgisi “Securex Caspian” da baş tutacaq. Bu il “ADEX” 5-ci pavilyonun cəlb edilməsi hesabına ekspozisiya sahəsinin rekord həddə genişlənməsini nümayiş etdirəcək, 4-cü pavilyon isə tamamilə Azərbaycanın müdafiə sənayesi potensialının nümayişinə həsr olunacaq. Tədbirdə 29 ölkədən 270-dən çox şirkət və 40-dan çox rəsmi nümayəndə heyəti iştirak edəcək.

14–16 oktyabr tarixlərində proqramı “BakuBuild”, “Rebuild Garabagh”, “Aquatherm Baku” və “Plastex Caspian” sərgilərini birləşdirən Xəzər Tikinti Həftəsi və 14-cü Beynəlxalq “Road & Traffic” sərgisi davam etdirəcək. Azərbaycanda elan olunan “Şəhərsalma və memarlıq ili” çərçivəsində 200-dən çox iştirakçı Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafı layihələrinə xüsusi diqqət yetirməklə innovativ materiallar, mühəndislik sistemləri və nəqliyyat infrastrukturu üçün həllər nümayiş etdirəcək.

Payız mövsümünə 26–28 noyabr tarixlərində “Baku Crystal Hall”da Bakının “Dünyanın idman paytaxtı 2026” statusuna layiq görülməsinə həsr olunan “ExpoSport Azerbaijan” sərgisinin debütü yekun vuracaq. Tədbir idman sənayesinin əsas istiqamətlərini — obyektlərin tikintisindən və idman təbabətindən tutmuş kiberidman və idman turizminədək əhatə edərək B2B danışıqlar, interaktiv nümayişlər və yarışlar üçün şərait yaradacaq. Bu sərgilərin keçirilməsi xidmət sahəsini, mehmanxana sektorunu və nəqliyyat infrastrukturunu stimullaşdırmaqla ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?