18 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın turizm imkanları Pakistan turizm sənayesinə təqdim olunub

Azərbaycanın turizm imkanları Pakistan turizm sənayesinə təqdim olunub

Azərbaycan Turizm Bürosu (ATB) tərəfindən 15-19 sentyabr tarixlərində Pakistanın Lahor, Karaçi və İslamabad şəhərlərində keçirilən silsilə tədbirlərdə Azərbaycanın turizm imkanları təqdim olunub.

Tədbirlərdə “Azərbaycan Hava Yolları” QSC (AZAL), üç yerli turizm sənayesi nümayəndəsi, həmçinin Pakistanın “Pakistan International Airlines” (PIA) və “Airblue” aviaşirkətləri təmsil olunub. Görüşlərdə Pakistan turizm sektorunun 360-dan çox nümayəndəsi iştirak edib.

Proqram çərçivəsində Azərbaycanın tarixi və mədəni irsi, qış turizmi və dağ-xizək mərkəzləri, sağlamlıq və ekoturizm imkanları barədə məlumat verilib.

Bundan əlavə, Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı elan edilməsi ilə bağlı təqdimat keçirilib.

Azərbaycan və Pakistan turizm sənayesi nümayəndələri arasında keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektorları arasında əməkdaşlıq və tərəfdaşlıq imkanları müzakirə olunub.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?