23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Neftçalada yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

Neftçalada yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsi elan edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Neftçala rayonu, Sübh kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Dövlət Xidmətinin məlumatına görə, əmlak kompleksinin ümumi qiyməti 4.946.213 manatdır.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 8.500.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 100-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidirlər.

Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2.000.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.

Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 19 oktyabr 2026-cı il tarixi də daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 21 oktyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?