6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlara müxtəlif sahələr üzrə 20 mindən çox lisenziya verilib

Sahibkarlara müxtəlif sahələr üzrə 20 mindən çox lisenziya verilib

Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov.az saytının “KOB evləri” bölməsindən, eləcə də “Lisenziyalar və icazələr” portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür.

Qeyd edək ki, lisenziya müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı fəaliyyət növündən asılı olaraq dəyişir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziyanın verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq edilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa lisenziya müddətsiz verilir.

Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib. Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?