23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
KOB evi modelinin İƏT ölkələrində tətbiqi imkanları öyrəniləcək

KOB evi modelinin İƏT ölkələrində tətbiqi imkanları öyrəniləcək

Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, iki gün davam edən tədbirin məqsədi KOB-ların innovativ maliyyələşdirmə mexanizmlərinə çıxışını genişləndirmək və bu mexanizmlərdən istifadəsini təşviq etməkdir.

Tədbirdə Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi İƏT-ə üzv ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə KOBİA-nin əməkdaşları təmsil ediblər.

Seminarda innovativ maliyyələşdirmə modellərinin hüquqi çərçivələri, KOB-ların maliyyələşdirilməsi üzrə milli və institusional amillər, mövcud dəstək mexanizmləri, KOB-ların maliyyəyə çıxışı ilə bağlı çağırışlar, rəqəmsal kreditləşmə, kraudfandinq, İslam maliyyə alətləri, KOB-ların maliyyə savadlılığı, kredit qabiliyyətinin qiymətləndirilməsi, risklərin idarə edilməsi və digər mövzularda panel müzakirələri keçirilib. İştirakçı ölkələrin nümayəndələri müvafiq istiqamətlərdə təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.

KOBİA nümayəndəsi tərəfindən tədbir çərçivəsində Azərbaycanın KOB evi modeli barədə ətraflı məlumat verilib. KOB evi modeli sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üzrə innovativ dəstək aləti kimi İƏT-ə üzv ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb və seminarın yekununa dair tövsiyə sənədində bu modelin İƏT ölkələrində tətbiqi imkanlarının öyrənilməsi də öz əksini tapıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?