23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb

“Baku ID 2026” çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram” iştirakçıları mükafatlandırılıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) strateji tərəfdaşı olduğu “Baku ID 2026” innovasiya festivalı çərçivəsində “4Sİ Akademiyası – Milli Proqram”a həsr olunan tədbir keçirilib.

Tədbirdə “Milli Proqram” çərçivəsində 12 nominasiya üzrə fərqlənən iştirakçı üstün nailiyyət sertifikatı ilə təltif olunub və onlara hədiyyələr təqdim edilib. Təltifetmə mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PAŞA Maliyyə Holdinqi”nin baş icraçı direktoru Fərid Məmmədov iştirak ediblər. Ümumilikdə nominasiyalar müxtəlif yaş və sosial qrupların təhsilə cəlb olunması, özünüinkişaf və ömürboyu öyrənmə, karyera inkişafı, regionlarda istedadların təşviqi, sahibkarlıq və startap fəaliyyəti, innovasiyada qadınların iştirakı, eləcə də əldə olunan biliklərin paylaşılması kimi istiqamətləri əhatə edib.

Tədbirdə insan kapitalının inkişafı, əmək bazarının dəyişən tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılması, eləcə də “4Sİ Akademiyası – Milli Proqram”ın bu istiqamətdə yaratdığı imkanlar barədə məlumat verilib. Proqramın birinci mərhələsinin nəticələrini və iştirakçıların nailiyyətlərini əks etdirən video nümayiş olunub.

Qeyd edək ki, “4Sİ Akademiyası – Milli Proqram” İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilir. Proqramın əsas məqsədi rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək, rəqabətli insan kapitalı formalaşdırmaq və müasir əmək bazarının tələblərinə uyğun bacarıqların inkişafını dəstəkləməkdir. Bu məqsədlə “Coursera” platformasında 21 mindən çox təlim vətəndaşlara ödənişsiz təqdim olunur.

Proqram dövlət və özəl sektor tərəfdaşlığı əsasında icra olunur. “Pasha Holding”, SOCAR, bp, “Azerconnect Group”, “TotalEnergies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın əsas mərhələsinin tərəfdaşlarıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?