19 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Mikayıl Cabbarov: "Bizim hədəfimiz daha yüksək əlavə dəyərə malik məhsul və xidmətlər yaratmaqdır"

Mikayıl Cabbarov: "Bizim hədəfimiz daha yüksək əlavə dəyərə malik məhsul və xidmətlər yaratmaqdır"

“Bizim hədəfimiz Azərbaycan iqtisadiyyatının mürəkkəblik səviyyəsinin artırılmasına nail olmaqdır. Bunu daha sadə dillə ifadə etsək, söhbət yalnız daha çox məhsul istehsal etməkdən deyil, daha yüksək əlavə dəyərə malik məhsul və xidmətlər yaratmaqdan gedir”.

Bunu Baku ID 2026 tədbiri çərçivəsində keçirilən “Dördüncü Sənaye İnqilabı dövründə bacarıqlar üzrə prioritetlərin müəyyənləşdirilməsində dövlət-özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda panel sessiyasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə əsas amil istedad, texnologiya və ekosistemin vəhdətidir. Bu prosesin mərkəzində insan və insan kapitalı dayanır.

“Təhsilin və innovasiyanın, real iqtisadi iştirakçıların və tələbin, eləcə də əlverişli dövlət siyasəti və tənzimləyici çərçivənin bir araya gəldiyi ekosistem mövcud olduqda yeni təşəbbüslər, həllər və nəticələr ortaya çıxır”, - Mikayıl Cabbarov qeyd edib.

VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər?