17 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib.

Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, enerji, nəqliyyat və logistika, tikinti, maşınqayırma, metallurgiya, qida, turizm, səhiyyə, telekommunikasiya, konsaltinq, maliyyə, kimya, əczaçılıq və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak ediblər.

Forumda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan–İsveçrə iqtisadi əməkdaşlığının inkişaf dinamikasından danışaraq ticarət və qarşılıqlı investisiyaların ikitərəfli iqtisadi əlaqələrin əsas istiqamətlərindən olduğunu bildirib. Nazir Azərbaycanın əlverişli biznes və investisiya mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları və Orta Dəhliz çərçivəsində artan rolunu vurğulayıb. Ölkəmizdə fəaliyyət göstərən azad iqtisadi və sənaye zonalarının, eləcə də yaşıl enerji potensialının investorlar, o cümlədən İsveçrə şirkətləri üçün yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edib.

Bu ilin 25-26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni tərəfdaşlıqların qurulması və investisiyaların cəlb edilməsi baxımından önəmi vurğulanıb.

İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Andrea Rauber Saxer çıxışında Azərbaycan–İsveçrə iqtisadi dialoqunun inkişafı, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də işgüzar dairələr arasında birbaşa təmasların artırılmasının əhəmiyyətini bildirib.

Forum çərçivəsində Dördüncü Sənaye İnqilabı, innovasiya ekosistemləri və investisiya təşviqi sahəsində qlobal trendlər nəzərdən keçirilib, Azərbaycan və İsveçrə şirkətlərinin təqdimatları dinlənilib, investisiya prioritetləri, qlobal bazarlara çıxış imkanları və əməkdaşlıq modelləri ətrafında fikir mübadiləsi aparılıb.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?