27 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Bu ilin ilk yarısında cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb

Bu ilin ilk yarısında cari əməliyyatlar balansında 4,7 milyard dollarlıq profisit formalaşıb

2026-cı ilin yanvar-iyun ayları üzrə cari əməliyyatlar balansında 4,7 milyard dollar həcmində profisit formalaşıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin 6 ayı üzrə Tədiyə balansı hesabatında bildirilir.

Hesabat dövründə kapital və maliyyənin hərəkəti balansı üzrə xalis xarici maliyyə aktivləri 3,3 milyard dollar, xalis xarici maliyyə öhdəlikləri isə 0,3 milyard dollar artıb.

Cari əməliyyatlar balansının profisitinin ÜDM-ə nisbəti 12,4 faiz təşkil edib ki, bu da makroiqtisadi sabitlik baxımından müsbət haldır.

Dövr ərzində ölkənin ehtiyat aktivlərinin reallaşmış hissəsi təqribən 1,4 milyard dollar artıb. Ölkənin strateji valyuta aktivləri dövrün sonuna 0,7 milyard dollar artaraq 85,8 milyard dollara çatıb ki, bu da ölkənin makroiqtisadi dayanıqlığının daha da gücləndiyini və maliyyə resurslarının genişləndiyini göstərir.

Bu dövrdə bir barel xam neftin orta qiyməti 94,5 dollar təşkil edib.

VergiGözəllik salonunda təqdim edilən çeklə ƏDV-ni geri almaq mümkündürmü? VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur?